İqtisadiyyat Nazirliyi: İşğaldan azad olunmuş rayonlarda inventarlaşdırma işləri davam etdirilir
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən AFN-ə verilən məlumata görə, Artıq 3945 daşınmaz əmlak və 504 infrastruktur obyekti olmaqla, 4449 əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb.
Bununla yanaşı, 54.07 km avtomobil yolunun, 17.2 km elektrik təchizatı xəttinin, 1.86 km su təchizatı xəttinin, 16.12 km suvarma şəbəkəsinin, 39.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin inventarlaşdırılması da başa çatdırılıb.
Ümumilikdə, 8 rayon üzrə 75 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, digər yaşayış məntəqələri üzrə davam etdirilir.