Avropa Komissiyasının sədri təcavüzkarla qurbanı eyniləşdirən danışıqlara qarşı çıxıb
Rusiyanın Ukraynaya qarşı müharibəsi bitdikdən sonra təcavüzkarı və qurbanı müəyyən edən istənilən danışıqlar rədd edilməlidir.
AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin G7 sammitindəki bəyanatında bildirib: "Biz hamımız bu müharibənin sona çatmasını istəyirik. Ukraynalılar sülhü hər şeydən çox istəyirlər - lakin təbii ki, ədalətli. Təcavüzkarı və qurbanı müəyyən edən sülh danışıqları rədd edilməlidir. Biz prezident Zelenskinin sülh formulu üçün dəstək qazanmaq səylərini dəstəkləməliyik".
Fon der Lyayen Ukraynanı tam suverenliyi və ərazi bütövlüyünü uğurla müdafiə etmək və bərpa etmək üçün vasitələrlə təmin etməyə çağırıb. Söhbət həm hərbi, həm də maliyyə dəstəyindən gedir. O, həmçinin qeyd edib ki, Avropa Komissiyası döyüş sursatı istehsalı haqqında qanun təqdim edib, ona görə Aİ-yə üzv ölkələrin müdafiə sənayesi artilleriya mərmilərinin istehsalını artırmalıdır. Bundan əlavə, fon der Lyayen qeyd edib ki, dövlətlər Ukrayna üçün əlavə istehsala böyük maliyyə dəstəyi verir.