Kreml Kiyevi Kaxovka SES-i zədələməkdə ittiham edib


Ukrayna Kaxovka Su Elektrik Stansiyasında (SES) təxribat törədib. Belə bir ittihamla Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.


O, izah edib ki, hazırda Rusiya prezidenti Vladimir Putin Kaxovskaya SES-də yaranmış vəziyyətlə bağlı Müdafiə Nazirliyi və digər xidmətlərdən hesabatlar alır.

“Burada indi birmənalı şəkildə deyə bilərik ki, söhbət Ukrayna tərəfinin qəsdən törətdiyi təxribatdan gedir”, - Kremlin sözçüsü bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu