Zelenskinin xanımı ilk dəfə İsrailə səfər edəcək


Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya gələn həftə ilk səfərini İsrailə edəcək.


AFN.az xəbər verir ki, bu barədə bazar günü “The Times of Israel” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, dəvət İsrail prezidenti Yitzhak Hersoqun həyat yoldaşı Mixal Hersoqdan gəlib. Zelenskaya İsrailə iyunun 17 və ya 18-də gələcək.

İki ölkə liderinin həyat yoldaşlarının yəhudi dövləti ərazisində reabilitasiyadan keçən Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə baş çəkəcəkləri gözlənilir. Bundan əlavə, mənbələr Zelenskayanın İsrail rəsmiləri ilə görüşəcəyini deyirlər, lakin onun dəqiq planları hələ açıqlanmayıb.

Ukrayna tərəfi bu məlumatı şərh etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu