Kiv: İsrail ABŞ-dan 10 milyard dollar təcili yardım istəyib


İsrail ABŞ-dan təcili yardım üçün 10 milyard dollar istəyib.


AFN.az xəbər verir ki, bu barədə “The New York Times” məsələ ilə tanış olan üç məmura istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail nümayəndələri təcili maliyyə yardımı tələbi ilə Amerika hakimiyyətinə müraciət ediblər.

Bu arada, ABŞ Konqresi Ağ Evlə əməkdaşlıq edərək, İsrail, Ukrayna, Tayvan və ABŞ-Meksika sərhədinin möhkəmləndirilməsi üçün vəsaitlərin daxil olacağı birləşmiş maliyyə və hərbi yardım paketi hazırlayır.

"Oktyabrın 15-də senator Çak Şumer Tel-Əvivdə deyib ki, millət vəkilləri İsrailə 155 millimetrlik döyüş sursatı, Dəmir Qübbə raketdən müdafiə sistemi üçün ehtiyat sursatlar, dəqiq bombalar və standart bombaları dəqiq döyüş sursatına çevirmək üçün JDAM dəstləri ilə təmin etməyi müzakirə ediblər" - NYT əlavə edib.

Dövlət Departamentinin rəhbəri Entoni Blinken bildirib ki, ABŞ prezidenti Co Bayden çərşənbə günü, oktyabrın 18-də İsrailə səfər edəcək. Səfər zamanı İsrail tərəfi Amerika liderini hərbi planları barədə məlumatlandıracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu