Blinken ABŞ Konqresini Ukraynaya kömək üçün dərhal vəsait ayırmağa çağırıb


ABŞ Konqresi ABŞ prezidenti Co Baydenin xahişini dərhal təsdiq etməli və Ukraynaya əlavə yardım üçün 24 milyard dollar ayırmalıdır.


AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Keçən həftə prezident Bayden Ukraynaya hərbi, iqtisadi və humanitar dəstəyi davam etdirmək üçün Konqresdən 24,1 milyard dollar istəyib. Mən Konqresi bu tələbi dərhal təsdiqləməyə çağırıram", - deyə diplomat bildirib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım ayırdığını açıqlamışdı. Bu yardımın bir hissəsi olaraq Vaşinqton Kiyevə hava hücumundan müdafiə sistemləri, o cümlədən Patriot kompleksləri üçün sursatlar təhvil verəcək.

Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Baydenin Konqresə Ukraynaya əlavə yardım istəməsini şərh edərkən qeyd edib ki, Vaşinqtonun Kiyevə dəstəyinin qiyməti Rusiya ilə NATO arasında potensial münaqişənin xərcləri ilə müqayisədə yüksək deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu