ABŞ Ukraynaya 1,3 milyard dollarlıq yeni hərbi yardım ayırıb
ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib.
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
O deyib ki, yardım paketinin həcmi 1,3 milyard dollardır.
Qeyd edək ki, A.Blinken daha əvvəl Vaşinqtonun Ukraynanı nə qədər lazımdırsa, dəstəkləməyə hazır olduğunu söyləmişdi.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.