Finlandiyada hakim koalisiyası yaradıldı


Finlandiyada yeddi həftəlik danışıqlardan sonra dörd partiya Baş nazir Petteri Orponun rəhbərlik etdiyi koalisiya hökuməti barədə razılığa gəlib.


Yeni kabinetin tərkibinin, eləcə də onun proqramının bu gün açıqlanacağı gözlənilir. Bəzi KİV-lərin hesablamalarına görə, bu hökumət İkinci Dünya Müharibəsindən sonra Finlandiyanın ən sağçı hökumətinə çevriləcək. Qeyd olunur ki, Orponun rəhbərlik etdiyi mühafizəkar Milli Koalisiya Partiyasından başqa, onun tərkibinə sağçı populist Əsl Finlər Partiyası, İsveç Xalq Partiyası və Xristian Demokratlar daxil olacaq. Eyni zamanda hökumətdə bir dənə də olsun sol partiya təmsil olunmayacaq.

Petteri Orpo Finlandiyanın baş naziri postunda apreldə istefa verən Sosial Demokrat Partiyasının nümayəndəsi Sanna Marini əvəz edəcək. Marin koronavirus pandemiyasına qarşı uğurlu mübarizəsi və Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra yeritdiyi siyasət sayəsində əhali arasında populyar idi, lakin onun partiyası son parlament seçkilərində yenə də məğlub oldu. Yeni hökumətin əsas vəzifələrindən birinin dövlət borcunun azaldılması olacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu