Slovakiyada koalisiya hökuməti fəaliyyətə başlayıb


Sentyabrın 30-da Slovakiyada keçirilən seçkilərdə birinci olan Sosial Demokrat Partiyası (SMER), Liberal Səs Partiyası (HLAS) və Slovak Milli Partiyası (SNS) arasında qurulan koalisiya hökuməti fəaliyyətə başlayıb.


4-cü dəfə Slovakiyanın baş naziri vəzifəsini icra edən SMER sədri Robert Fico prezident Zuzana Çaputovanın yeni kabineti təsdiqləməsindən sonra təşkil edilən mərasimdə konstruktiv hökumət olacaqlarına söz verib.

Macarıstanın baş naziri Viktor Orban və Serbiya prezidenti Aleksandr Vuçiç Fikonu təbrik edən ilk liderlər arasında olub.

Sentyabrın 30-da keçirilən seçkilərdə qalib gələn SMER lideri Ukraynaya hərbi yardımı dayandıracağına söz vermişdi.

Məlumdur ki, Fico da Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu