Slovakiya hökuməti Ukraynaya 40 milyon avroluq hərbi yardımı təsdiq etməyib


Slovakiya hökuməti Ukraynaya 40,3 milyon avro məbləğində növbəti, 14-cü hərbi yardım paketinin ayrılmasına mane olub.


"Tasr" agentliyi xəbər verir ki, bu paketlə bağlı təklifi ölkənin Müdafiə Nazirliyinin əvvəlki rəhbərliyi hazırlayıb. Buraya patron, sursat, Cube hava hücumundan müdafiə sistemi üçün 140 raket, səkkiz minaatan və 1200 mina daxil olmalı idi.

“Ukrayinska pravda”nın qeyd etdiyi kimi, söhbət prezident Zuzana Çaputovanın etiraz etdiyi yardım paketindən gedir, çünki müvafiq təklif sentyabrın 30-da keçirilən parlament seçkilərindən sonra ortaya çıxıb. Seçkini üçüncü dəfə Slovakiya hökumətinə rəhbərlik edən Robert Fikonun sol mərkəzçi İstiqamət - Sosial Demokratiya (Smer) partiyası qazanıb. Siyasətçi Kiyevə hərbi yardımın verilməsinin əleyhinədir. Onun fikrincə bu, yalnız hərbi münaqişənin uzanmasına və mülki əhalinin əziyyət çəkməsinə gətirib çıxarır.

Çaputova bundan əvvəl Slovakiyada koalisiya hökuməti qurulana qədər Kiyevə yardım göndərilməsini gözləməyi xahiş etmişdi. Onun fikrincə, bu vaxta qədər silah tədarükü seçicilərə hörmətsizlik demək olardı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu