Son üç ildə Baş Prokurorluğun Konstitusiya Məhkəməsinə verdiyi sorğuların sayı açıqlanıb


2020-ci ildən etibarən Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə verilən sorğuların sayı açıqlanıb.


“Report”un xəbərinə görə, bu barədə Baş prokurorun müavini Heydər Məmmədov iyulun 4-də Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə 2020-ci ildən etibarən 18 sorğunun, habelə Konstitusiya Məhkəməsinin müraciəti üzrə 25 rəyin verilməsi təmin edilməklə Konstitusiya məhkəmə icraatında iştirak edilib.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə göndərilən sorğulardan 13-ü cinayət və cinayət-prosessual qanunvericiliyi, 1-i məhkəmələr haqqında, 1-i yol hərəkəti və inzibati xətalar üzrə, 1-i icbari sığorta üzrə, 1-i mülki prosessual, 1-i isə əmək qanunvericiliyi ilə əlaqədar olub.

Sorğulardan 14-ü üzrə Konstitusiya Məhkəməsinin Plenumunun qərarları dərc edilməklə qüvvəyə mindiyini vurğulayan H.Məmmədov qeyd edib ki, sorğulardan 1-i üzrə plenumun qərardadına əsasən göstərilən hüquqi mövqelər nəzərə alınmaqla sorğu üzrə ayrıca qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam verilib, 3-i hazırda icraatdadır, sonuncusu 25 iyun tarixdə göndərilib.

O deyib ki, sorğular üzrə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən verilmiş 14 qərardan 3-ü üzrə qaldırılan məsələlərin tənzimlənməsi və qanunvericiliyə dəyişikliklər edilməsi üçün Milli Məclisə tövsiyələr, qalan qərarlar üzrə isə müvafiq şərhlər verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu