Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib


Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.


Bu barədə AFN.az-a Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Cinayət Məcəlləsinin 259-cu və 314-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 8-nə təyin edilmiş iclasında baxılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu