Azərbaycanda həkim ürəktutmasından vəfat edib


Azərbaycanda həkim ürəktutmasından vəfat edib.


AFN.az xəbər verir ki, bunu jurnalist Həbibə Abdulla yazıb. O bildirib ki, Tovuz rayonu, Vahidli kəndinin həkimi İlqar Rəhimov bu gecə qəfil ürək tutmasından dünyasını dəyişib: "Kəndimizə, el-obamıza ağır itki üz verib. Təxminən 30 ilə yaxın kəndin həkimi işləyən, olduqca dəyərli, savadlı, peşəkar həkim İlqar Rəhimov bu gecə ürək tutmasından vəfat edib. Gecə-gündüz, ağır-yüngül demədən hər bir kənd sakininin harayına qaçan, əlində sözün əsl mənasında şəfa olan həkim idi. Eşidən hər kəs bir-birinə haqlı olaraq "el-obadan getdi" deyir. Ruhu şad olsun! Yaxınlarına, el-obamıza, kənd camaatına dərin hüznlə başsağlığı verirəm!"












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu