Trampın məhkəmə prosesinin 2024-cü il yanvarın 2-də başlaması tələb edilib
ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı "2020-ci il prezident seçkilərinin nəticələrini öz xeyrinə dəyişməyə cəhd" iddiası ilə bağlı açılan işdə məhkəmənin 2 yanvar 2024-cü il tarixinə təyin edilməsi istənilib.
Trampla bağlı araşdırmalar üzrə xüsusi səlahiyyətli ekspert təyin edilən prokuror Cek Smitin ofisi keçmiş prezidentin işi üzrə Vaşinqton məhkəməsinə göndərilən sənəddə məhkəmənin 2 yanvar 2024-cü ildə başlamasını tələb edib.
Trampa 2020-ci il prezident seçkilərinin nəticələrini öz xeyrinə dəyişmək iddiası ilə 4 ittiham irəli sürülüb.
İttihamnamədə Trampa qarşı prokurorların öz arqumentlərini və sübutlarını münsiflər heyətinə təqdim etmələrinin 4-6 həftədən çox çəkməyəcəyinin təxmin edildiyinə dair məlumatlar yer alır.
Prokurorlar iddia edirdilər ki, iş üçün təklif etdikləri vaxt qrafiki Trampa özünü müdafiə etmək və tərəfləri və məhkəməni məhkəməyə qədərki prosesə hazırlamaq üçün vaxt verəcək.
Prosesə sədrlik edən hakim Tanya Çutkanın avqustun 28-də məhkəmənin nə vaxt başlayacağı ilə bağlı qərarını açıqlaması gözlənilir.