Çin və Hindistan mübahisəli sərhədlə bağlı razılığa gəldilər


Çin və Hindistan Himalay dağlarının mübahisəli sərhəd bölgələrindəki gərginliyi həll etmək üçün danışıqların yeni raundundan sonra sülh və sakitliyi qorumağa razılaşdıqlarını bildiriblər.


İki ölkənin orduları arasında sərhəd gərginliyini azaltmaq məqsədilə korpus komandirləri səviyyəsində keçirilən 19-cu görüşdən sonra tərəflərin yaydıqları birgə bəyanatda deyilir ki, qərb sektorunda qalan problemlərin həlli ilə bağlı razılığa gəlinib, de-fakto Nəzarət Xətti (LAC) dərhal həll edilməlidir.

Avqustun 14-15-də Çuşul sərhəd bölgəsinin Hindistan tərəfində iki ölkə arasında münaqişə predmeti olan sərhədyanı ərazilərdə gərginliyin azaldılması üzrə danışıqların 19-cu raundu keçirilib.

2020-ci ildən bəri keçirilən 18 raund danışıqlar nəticəsində tərəflər gərginliyə səbəb olan 3 rayondan qoşunların qarşılıqlı çıxarılması barədə razılığa gəliblər.

Apreldə keçirilən danışıqların 18-ci raundunda Depsan Yaylası və Demçok bölgəsindən çəkilmə ilə bağlı razılıq əldə oluna bilmədi.

Danışıqların yeni raundunda sözügedən bölgələr üzrə hələlik razılığa gəlmədiyi anlaşılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu