Moldova və Ukrayna birgə sərhəd nəzarətinin təşkili barədə razılığa gəliblər


Moldova və Ukrayna yeddi sərhəd keçid məntəqəsində birgə nəzarətin təşkili barədə razılığa gəliblər.


Moldova hökumətinin mətbuat xidmətinin məlumatına görə, müvafiq idarələrarası protokolu iki ölkənin nümayəndələri imzalayıblar.

Oxşar təcrübə artıq iki ölkənin bəzi sərhəd məntəqələrində tətbiq olunur, o zaman iki keçid məntəqəsi birləşdirilir və vahid pəncərə prinsipi ilə fəaliyyət göstərir.

Ümumilikdə Moldova-Ukrayna sərhədində 35 nəzarət-buraxılış məntəqəsi var, daha 21 bölmə tanınmamış Dnestryanı və Ukraynanın sərhədində yerləşir - onların işi Ukrayna tərəfinin qərarı ilə fevral ayından dayandırılıb. Moldova, Rumıniya və Ukrayna üç ölkənin ərazisindən malların ixracını, idxalını və tranzitini asanlaşdırmaq üçün sərhəd imkanlarını artırmaq barədə razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu