Moldova və Rumıniya artilleriya təlimləri keçirir
Rumıniyanın Smirdan poliqonunda Moldova-Rumıniya "Atəş qalxanı - 2023" adlı birgə artilleriya təlimləri keçirilir.
AFNaz-ın xəbərinə görə, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Qalxan" təlimləri 2015-ci ildən etibarən hər il keçirilir və respublika ordusunun 2023-cü il üçün hazırlıq planına daxil edilib. Təlimlərdə Moldova Silahlı Qüvvələrinin “Böyük Stefan” motoatıcı briqadasının zabit, çavuş və əsgərlərindən ibarət bölmə iştirak edir.
Mart ayında xüsusi təyinatlıların Moldovada ABŞ, Böyük Britaniya və Rumıniya orduları ilə birgə hərbi təlimlər keçirdiyi barədə məlumat yayılmışdı. Təlim manevrlərinin aprelin 7-dək davam edəcəyi dəqiqləşdirilib.