Zelenski dünyaya səsləndi: Bu terror durdurulmalıdır!


Dünya Rusiya terrorunun qarşısını almalıdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. “Rusiya raketlərinin Moldova və Rumıniyadan keçməsi NATO-nun təhlükəsizliyinə təhdiddir” - deyən Zelenski vurğulayıb ki, bu gün Rusiyanın bir neçə raketi Moldova və Rumıniyanın hava sərhədini pozub: "Bu, qarşısı alına bilən terrordur. Dünya bunu etməlidir”.

Ukrayna prezidentinin sözlərinə görə, bu gün Rusiya 70-dən çox raket atıb: “Onlardan 60-ı havadaykən zərərsizləşdirilib. Düşmənin hədəfləri mülki infrastruktur və dinc sakinlərdir. Raket zərbələri nəticəsində ölənlər var".

Bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanı kütləvi raket hüumuna məruz qoyub. Raketlərdən bir neçəsinin Moldova və Rumıniyanın hava məkanını pozduğu bildirilsə də, Rumıniya sonradan bunu təkzib edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu