NATO Ukrayna və Moldova sərhədləri yaxınlığında təlimlərə başlayıb


NATO üzvü olan 5 dövlət Rumınıyanın Qalats bölgəsinin Smırdan yaşayış məntəqəsində beynəlxalq təlimdə iştirak edir.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli radio iyunun 3-də məlumat yayıb.

Qeyd olunub ki, təlimlərə ABŞ, Belçika, Bolqarıstan, İtaliya, Fransa və Portuqaliya hərbçiləri ilə yanaşı, mindən çox Rumıniya hərbçisi də cəlb olunub.

Xatırladaq ki, Smırdan Ukrayna sərhədinin 25 km-liyində, Moldova sərhədinin isə 10 km-liyində yerləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu