Bu dövlət bütün ölkələr üçün viza rejimini ləğv edir
Keniyanın paytaxtı Nayrobidə keçirilən Afrika İqlim Sammitində çıxış edən Keniya prezidenti Vilyam Ruto ölkəsinin bəşəriyyətin ilk məskənlərinə ev sahibliyi etdiyinə diqqət çəkərək, bura gələnlərdən viza istəməyin doğru olmayacağını bildirib.
AFN.az xarici mətbuata istinadən xəbər verir ki, ölkəsinin bütün bəşəriyyətin vətəni olduğunu bildirən Ruto, “Bir neçə ay ərzində bütün vizaları ləğv etməyi planlaşdırırıq” deyib.
Vəzifəyə gəldiyi gündən bəri bir çox ölkə ilə vizaları ləğv edən Ruto daha əvvəl bütün afrikalılara viza azadlığı verəcəyini açıqlamışdı.