Keniya lideri müxalifətin nümayişlərinə icazə verməyəcəklərini deyib


Keniya prezidenti Uilyam Ruto müxalifətin vergi artımı qərarına qarşı yeni etirazlara icazə verməyəcəklərini açıqlayıb.


Ruto müxalifətin çərşənbə günü keçirməyi planlaşdırdığı nümayişin baş tutmayacağını və buna imkan verməyəcəklərini bildirib.

Keçən ilin avqustunda seçkilərin başa çatdığını xatırladan Ruto, “Vətəndaşların qanından istifadə edib mallarına ziyan vurmaqla ölkə rəhbərliyini ələ keçirməyə ümid etmək olmaz” - deyə proseslərə münasibətini bildirib.

Müxalif Azimio koalisiyasının lideri Raila Odinqa çərşənbə günündən etibarən yeni etirazlara başlayacaqlarını açıqlayıb.

Keniyada bu həftə başda paytaxt Nayrobi və Mombasa olmaqla bir çox şəhərdə müxalifətin təşkil etdiyi nümayişlərdə 10 nəfər həyatını itirib.

Hökumətin qəbul etdiyi vergi artımlarını nəzərdə tutan qanunun əleyhdarları yaşayış minimumunun bitməsini istəyirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu