Keniyada müdafiə nazirinin olduğu helikopter qəzaya uğrayıb


Keniya prezidenti Uilyam Ruto Keniya Müdafiə Qüvvələrinin rəhbəri Frensis Oqolla və daha 7 əsgəri daşıyan hərbi helikopterin qəzaya uğramasından sonra Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, qəzanın səbəbləri araşdırılır.

“Müdafiə Qüvvələrinin rəhbəri Frensis Oqolla helikopter qəzasına düşüb. Onunla birlikdə daha yeddi hərbçi olub. Qəzanın səbəbi hələ müəyyən edilməyib. Prezident Uilyam Ruto hazırda Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırır”, - deyə mediada yayılan məlumatda bildirilir.

Daha əvvəl “Standard” qəzeti hakimiyyət orqanlarına istinadən məlumat vermişdi ki, Keniya Müdafiə Qüvvələrinə məxsus 8 nəfərin olduğu helikopter ölkənin qərbindəki Elgeyo Marakvet rayonunda qəzaya uğrayaraq yanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu