Gürcüstan prezidenti Nazirlər Kabinetini ruslar üçün viza tətbiq etməyə çağırıb


Gürcüstan prezidenti Salome Zurabişvili ölkə hökumətini ruslar üçün üç aylıq viza rejimi yaratmağa çağırıb.


AFN.az xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb: "Hökumətə səslənirəm, öz mövqeyini bildirmək, Təhlükəsizlik Şurası ilə açıq görüşmək və daxili çağırışları nəzərə alaraq, üç aylıq vizaların tətbiqini müzakirə etmək vaxtıdır". Bundan əvvəlki açıqlamasında siyasətçi Ukrayna münaqişəsi səbəbindən Rusiya Federasiyasının Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsinin qəbuledilməz addım olduğunu bildirib.

Qeyd edək ki, prezident Vladimir Putinin mayın 10-da dərc edilmiş fərmanına əsasən, Rusiya Federasiyası mayın 15-dən Gürcüstanla viza rejimini ləğv edir. Rusiya liderinin daha bir fərmanı Rusiya aviaşirkətlərinə ölkəyə uçuş və tur satmaq qadağasını aradan qaldırır. Rusiya aviaşirkətləri həftədə yeddi dəfə Moskvadan Tbilisiyə və əks istiqamətdə uçuşlar həyata keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu