Aİ Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini ləğv edir


Avropa İttifaqı (Aİ) Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandıracaq.


Bu qərarı Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlayıb.

“Avropa İttifaqı Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini ləğv edəcək. Bu gün üzv ölkələri bunun üçün toplaşıb. Lakin ruslar üçün vizalara ümumi qadağa olmayacaq”, – Siyarto bildirib.

Sadələşdirilmiş rejimin ləğvi viza üçün müraciət prosedurunun dəyişdirilməsi demək olacaq. Aİ vizalarına müraciət edən ruslar daha çox sənəd toplamalı olacaqlar. Bundan başqa, ərizələrə baxılma müddəti uzadılacaq və belə ərizənin verilməsinin qiyməti 35 avrodan 80 avroya qədər artacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu