Tramp səsvermədə Baydeni geridə qoyur
ABŞ-da prezident seçkilərinə 14 ay qalmış bir müddətdə son sorğunun nəticələrinə görə, hazırkı prezident Co Bayden Donald Trampdan 9 faiz geri qalır.
Baydenin populyarlığının 37 faizlə ən aşağı səviyyəyə düşdüyünü görən Demokratların 62 faizi seçkinin Baydendən başqa namizədlə keçirilməsini istəyir.
İctimai rəy sorğularına əsasən, seçkinin hazırkı prezident Co Baydenlə keçmiş prezident Donald Tramp arasında olacağı ehtimalı yüksək qiymətləndirilir.
ABC televiziyası və Washington Post qəzetinin sorğusunda Trampı dəstəkləyənlərin nisbəti yüzdə 51, Baydenə dəstək isə 42 faiz olub.