HƏMAS ərəb dünyasında ümumi səfərbərlik elan etdi
HƏMAS oktyabrın 13-də ərəb və müsəlman dünyasında ümumi səfərbərlik elan edib.
AFN.az Yəmən Xəbər Agentliyinə istinadən xəbər verir ki, HƏMAS hərəkatı Fələstin xalqının müqaviməti ilə həmrəylik nümayiş etdirmək üçün oktyabrın 13-nü ərəb və islam dünyasında səfərbərlik günü elan edib.
Bundan əvvəl İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ərəb ölkələrini Qəzza zolağına dəstək üçün vəsait ayırmağa çağırıb .
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS İsrailə hücum edib, bundan sonra ölkə hakimiyyəti dövlətin rəsmən müharibə vəziyyətində olduğunu bəyan edib .