NATO geniş miqyaslı nüvə təlimləri keçirəcək
NATO gələn həftə böyük nüvə təlimləri keçirəcək.
AFN.az xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq bildirib. Bu bəyanat Rusiyanın qlobal nüvə sınaqlarına qadağa sazişindən çıxacağı barədə xəbərdarlıq etməsindən sonra verilib.
NATO-nun “Steadfast Noon” təlimi hər il keçirilir və təxminən bir həftə davam edir.
Stoltenberq bildirib ki, bu təlimlər hər oktyabrda keçirilir. Bu il isə təlimlər İtaliya, Xorvatiya və Aralıq dənizində keçiriləcək.