"Qoşunlar Kosovoda sülhü qorumağa hazırdır" - Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq NATO qoşunlarının Kosovoda sülhü qorumağa hazır olduğunu açıqlayıb.
Almaniyanın Welt am Sonntag qəzetinə verdiyi açıqlamada Stoltenberq Kosovodakı vəziyyətin narahatlıq doğurduğunu bildirib.
1990-cı illərdəki şiddətin geri dönməsinə icazə verməyəcəklərini vurğulayan Stoltenberq, NATO əsgərlərinin Kosovoda sülhü qorumağa hazır olduğunu qeyd edib.
Serbiya və Kosovonun Avropa İttifaqının (AB) vasitəçiliyi ilə dialoqa qayıtmasını tələb edən Stoltenberq, bunun daimi sülhə nail olmağın yeganə yolu olduğunu vurğulayıb.
Moskvanın Ukrayna müharibəsində taktiki nüvə silahından istifadə etmək hədəsinə gəlincə isə baş katib bildirib ki, Rusiyanın nüvə ritorikası tamamilə məsuliyyətsizdir, lakin Rusiyanın nüvə silahından istifadə riski aşağıdır.