Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatının sammiti keçirilir


Körfəz ölkələri və bütün ərəb və müsəlman dünyasının liderləri İsrail və Qəzza arasında gərginləşən münaqişə ilə bağlı böhranlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına toplaşıblar.



Bu barədə Al Arabiya xəbər verib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının birgə fövqəladə sammitində iştirak edənlər arasında Suriya prezidenti Bəşər Əsəd, Fələstin prezidenti Mahmud Abbas, Qətər əmiri Şeyx Təmim bin Həməd və İran prezidenti İbrahim Rəisi də var. Nazirlik bildirib ki, birgə sammit bu ayın əvvəlində planlaşdırılan iki ayrı görüşü əvəz edəcək.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin şənbə günü verdiyi bəyanatda deyilir ki, bu qərar Krallığın Ərəb Liqası və İƏT ilə məsləhətləşmələrindən sonra qəbul edilib.

"Birgə görüş Fələstinin Qəzza zolağında hökm sürən müstəsna şəraitə cavab olaraq keçiriləcək, çünki ölkələr qüvvələrini birləşdirməyə və vahid kollektiv mövqe ortaya qoymağa ehtiyac duyurlar", - bəyanatda deyilir.

Sammit iştirakçılarının İsrailin Qəzzada apardığı kampaniyanı şiddətlə pisləmələri və fələstinlilərin məcburi köçkünlüyünə son qoymağa çağırmaları gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu