ABŞ Fələstin xarici işlər nazirinin açıqlama verməsinə icazə verməyib


İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Təmas Qrupunun üzvüO, Fələstinin xarici işlər naziri Riyad əl-Malikiyə Vaşinqtondakı təmasları zamanı açıqlama verməyə ABŞ hökuməti icazə verməyib.


AFN.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Ərəb Liqasının Təmas Qrupunun üzvləri Vaşinqtona səfərləri çərçivəsində “Four Seasons” otelində mətbuat konfransı keçiriblər. Jurnalistin əl-Malikiyə sual vermək istəməsindən sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan söz alıb.

"Cənab əl-Maliki sualınıza cavab verə bilməz. ABŞ hökuməti cənab əl-Malikiyə məhdudiyyətlər qoyub. O, mətbuatın suallarına cavab verə bilmir və mətbuatla əlaqə saxlaya bilmir" - deyə o, açıqlama verib.

Danışıqlar üçün Vaşinqtonda olan Təmas Qrupunun ABŞ dövlət katibi Antoni Blinkenlə də görüşü gözlənilir.

Təmas Qrupunun şənbə günü Kanadada danışıqlar aparacağı da planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu