Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçiriləcək


Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti görüşünün vaxtı müəyyənləşib.


Sayca doqquzuncu olacaq görüş fevralın 14-də baş tutacaq. AFN.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda ABŞ-ın müdafiə naziri Lloyd Ostin danışıb. Nazir qeyd edib ki, müharibənin ildönümü ərəfəsində keçiriləcək görüşdə müzakirə ediləcək əsas məsələ Ukraynanın silah ehtiyaclarının ödənilməsi olacaq.

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında Ukrayna Silahlı Qüvvələrinin aviasiya vasitələri ilə təmin olunmasına dair danışıqların aparılması da gözlənilir.

Qeyd edək ki, Təmas Qrupunun sonuncu toplantısı yanvarın 20-də keçirilib. İclasda "F-16" qırıcılarının Ukraynaya təhvil verilməsi müzakirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu