Ukrayna istədiyi silahları fevralın 9-da alacaq


Ukraynanın müdafiəsi üzrə təmas qrupunun növbəti iclası (“Ramştayn-9” adlanır) tezliklə keçiriləcək.


AFN.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov twitter səhifəsində məlumat verib. O qeyd edib ki, Ukraynaya inamın necə artdığını görür. İnamla birlikdə yardımın həcmi də artır.
"Hər görüşdə tərəfdaşlarımızın Ukraynaya inamının necə artdığını görürəm. Bütün bunlar döyüşçülərimizin və nümayəndələrimizin gərgin əməyi sayəsindədir. Daha çox inam daha çox silah deməkdir. Torpağımızı, dənizimizi... və səmanı qorumaq üçün!", Reznikov yazdı və O, əlavə edib ki, növbəti Ramştayn toplantıdı fevral ayının 9-da baş tutacaq.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu