Suriya Ərəb Liqasına qayıdacaq


Ərəb Liqası ölkələrinin (LAS) xarici işlər nazirləri Suriyanın 10 ildən çox əvvəl dayandırılmış təşkilata üzvlüyünü bərpa etmək barədə razılığa gəliblər.


AFN.az xəbər verir ki, nazirlər mayın 19-da Səudiyyə Ərəbistanında Ərəb Liqasının sammiti ərəfəsində təşkilatın Qahirədəki mənzil-qərargahında keçirilən xüsusi iclasda qərara səs veriblər.

Bundan əvvəl Suriyanın Ərəb Liqasına qaytarılmasının tərəfdarı olan Səudiyyə Ərəbistanının ən fəal olduğu, Qətərin isə bu təşəbbüsün əsas rəqibi olduğu bildirilirdi. Bu ölkələrin hər ikisi uzun illərdir ki, Suriya prezidenti Bəşər Əsəd qüvvələrinə qarşı silahlı mübarizə aparan qruplara dəstək verib. Bununla belə, Səudiyyə Ərəbistanı son vaxtlar Dəməşqlə münasibətlərini bərpa etməyə çalışır.

Sammitdən əvvəl Suriyanın təşkilata qaytarılması qərarını təsdiqləmək üçün Ərəb Liqasının fövqəladə iclasının keçiriləcəyi gözlənilir.

Dəməşqin Ərəb Liqasına üzvlüyü 2011-ci ildə, bir çox ərəb ölkələri Suriya hökumət ordusuna qarşı hərbi əməliyyatlara başlayan üsyançılara dəstək verdikdə dayandırılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu