"Tesla" 2 milyondan çox avtomobili geri çağıracaq
ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" avtopilot kimi tanınan qabaqcıl sürücüyə dəstək sistemində idarəetmə problemini həll etmək üçün 2,03 milyon avtomobili geri çağıracaq.
ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən edilən açıqlamada, "Tesla" avtomobillərində avtopilot işə salındıqda, sürücünün nəqliyyat vasitəsinin istismarı üçün məsuliyyət daşımadığı və idarə etmədiyi təqdirdə toqquşma riskinin arta biləcəyi ifadə edildi.
Açıqlamada, bu problemi aradan qaldırmaq üçün avtopilotda bir proqram yeniləməsinin tələb olunduğu və "Tesla"nın 2015-ci ilin sonunda avtopilotun aktivləşdirilməsindən sonra istehsal edilən təxminən 2,03 milyon "Model X", S, 3 və Y avtomobilini yeniləyəcəyi ifadə edilib.
"Tesla"nın 2 milyondan çox avtomobili geri çağırması NHTSA-nın avtopilotdan istifadə zamanı baş verən bir sıra qəzalarla bağlı iki illik araşdırmasından sonra baş verib.
NHTSA uzun müddətdir ki, "Tesla" avtomobillərinin sürücülərin avtopilotdan, sürücüyə yardım sistemindən istifadə edərkən kifayət qədər diqqətli olub-olmadığını yoxlayır.
"Tesla"nın avtopilot sistemi avtomobillərə öz zolaqlarında avtomatik olaraq sükanı idarə etməyə, sürətləndirməyə və əyləc etməyə kömək edir.