Tesla ilə dənizə düşən 2 nəfər üzən sauna ilə xilas edildi


Norveçin paytaxtı Osloda Tesla markalı avtomobillə dənizə düşən iki nəfəri üzən saunada olan insanlar xilas edib. Suya batan Tesla evakuatorun köməyi ilə sudan çıxarılıb.



Osloda Tesla elektrik avtomobilini idarə edən şəxs park rejimində olduğunu düşünərək qaza basıb və suya düşüb.

Yaxınlıqdakı saunada olan insanlar sürətlə batmaqda olan avtomobilin üzərinə çıxaraq xilas olunmağı gözləyən iki nəfərin imdadına qaçıblar.

Adları açıqlanmayan qəhrəmanlar avtomobildə gözləyən iki nəfəri sudan çıxarıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu