Tesla elektrik yük maşınlarını geri çağırır: əyləc sistemləri nasaz çıxıb


"Tesla" şirkətinin ötən ilin dekabrında təqdim etdiyi ilk elektrikli yük maşınlarının əyləc sistemi nasaz çıxıb.


AFN.az xəbər verir ki, bu barədə “Elektrek” nəşri məlumat yayıb. Məlumatda qeyd edilir ki, "Tesla" bu səbəbdən 35 "Semi" elektrik yük maşınını geri çağıracaq. Problem park əyləci ilə bağlıdır. Bir çox avtomobillərdə bu sistem elektron modulun nasazlığı səbəbindən işləməyə bilər. Mütəxəssislərin fikrincə, nasaz avadanlıq hava sızmasına səbəb olur ki, bu səbəbdən park əyləci qəfil sönə bilir.

Araşdırma zamanı məlum olub ki, problem 2022-ci il noyabrın 30-dan bu il fevralın 28-nə qədər istehsal olunmuş 35 "Tesla" avtomobilində quraşdırılmış "Bendix Commercial Vehicle Systems" şirkətinin avadanlıqları ilə bağlıdır. "Tesla" avtomobillərinə əlavə olaraq, "Bendix" komponentləri 836 avtomobilə yerləşdirilib ki, bunların hamısının geri qaytarıldığı məlum olub.

Avtomobil korporasiyası mayın 23-də geri çağırma kampaniyasının başlaması barədə avtomobil sahiblərini xəbərdar edəcək.

"Tesla Semi" elektrik yük maşınları 2017-ci ildə elan edilsə də, avtomobillərin istehsalına yalnız 2022-ci ilin noyabrında başlanıldı. Dekabr ayında "Tesla" elektrik yük maşınlarının tədarükünü elan edib.

"Tesla" həmçinin 362 758 avtomobili geri çağırır. Məlum olub ki, bu avtomobillərdə quraşdırılmış tam avtomatlaşdırılmış idarəetmə sisteminin beta versiyası (Full Self-Driving Beta, FSD Beta) qəzalara səbəb ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu