Xirosima xarabalıqlarında tapılan qol saatı 31 min dollara satılıb


ABŞ-ın Boston şəhərində keçirilən "RR Auction" hərracında 1945-ci ildə Yaponiyanın cənub-qərbində, Xirosimaya atılan atom bombasının qalıqlarından tapılan ərimiş qol saatı 31 min 113 dollara satılıb.



Hərracda satılan saat yerli vaxtla 08.15-də dayanıb. Saatı alan müştərinin adı açıqlanmayıb.

Hərracın verdiyi açıqlamada məşhur qol saatı “nüvə əsrinin şəfəqinin əlaməti və sivilizasiyanın alaqaranlığının müjdəçisi” kimi təsvir edilib.

Saatı təcili yardım ləvazimatlarını çatdırmaq üçün şəhərə gələn Britaniya əsgəri tapıb.

2017-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüş İsveçrədə yerləşən Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN) saatın satışına qarşı çıxıb.

Xatırladaq ki, ABŞ tarixin ilk atom bombasını 6 avqust 1945-ci ildə Xirosimaya atıb. Bombanın partlaması nəticəsində şəhərin 90 faizi dağıdılıb və 80 min insan həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu