Moskvada silahlı basqınçılara qarşı əməliyyat davam edir


Rusiya Federal Milli Qvardiya Xidməti Moskvada konsert salonuna silahlı hücumu həyata keçirənlərin tapılması üçün əməliyyatın davam etdiyini açıqlayıb.



Təhlükəsizlik qüvvələrinin təcavüzkarları zərərsizləşdirmək üçün başlatdığı əməliyyat davam edərkən, hücumun baş verdiyi binada yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Açıqlamada Rusiya Federal Milli Qvardiya Xidmətinin (Rosqvardiya) xüsusi təyinatlılarının terror aktının baş verdiyi ərazidə işlərini davam etdirdiyi bildirilib və cinayətkarlar axtarıldığını, vətəndaşların binadan təxliyə edildiyi əlavə edilib.

Çox sayda polis binanın ətrafında təhlükəsizlik tədbirləri görərkən, çoxlu sayda təcili yardım maşını əraziyə yönəldilib.

Polis helikopterləri ərazidə patrul xidməti həyata keçirərkən, təhlükəsizlik qüvvələri binanın ətrafındakı vətəndaşları ərazidən uzaqlaşdırmağa çalışır.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinə hücumla bağlı ilk anlardan məlumat verildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu