FTB: TikTok Çinə milyonlarla istifadəçinin məlumatlarına nəzarət etmək imkanı verir
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey Çinin Bytedance şirkətinin əsas tərəfdaşı olduğu TikTok tətbiqinin Çinə milyonlarla istifadəçinin məlumatlarına nəzarət etmək imkanı verdiyini deyib.
"NBC News"a verdiyi açıqlamada Rey ABŞ-da TikTok qadağasının gündəmdə olduğu bu günlərdə tətbiqi dəyərləndirib: "Bu, bizim üçün milli təhlükəsizlik məsələsidir. TikTok-un bağlı olduğu əsas şirkət Çin hökumətinin idarəsindədir. Bu, Çin kəşfiyyat xidmətinə milyonlarla istifadəçidən məlumat toplamaq və alqoritmləri idarə etmək imkanı verir".
Tiktokun "nəzarət" qabiliyyəti sayəsində Çin Kommunist Partiyasına (ÇKP) xidmət etdiyini iddia edən Rey, bildirib ki, milyonlarla insan ÇKP təbliğatının tərəfdarı ola bilərlər.
O, həmçinin Çin hökumətinin proqram təminatına nəzarət edə biləcəyini vurğulayaraq, bunun milyonlarla telefon və elektron cihazın təhlükəsizliyini təhlükə altına aldığını qeyd edib.
Rey, TikTok-un ABŞ-dakı milyonlarla istifadəçisini xəbərdar edib.