Şimali Makedoniyada prezident seçkilərinin ikinci turu başlayıb


Şimali Makedoniyada xalq prezident seçkilərinin ikinci turu və ümumi seçkilər üçün sandıq başına gedib.

1 milyon 814 min 317 qeydiyyatda olan seçicinin yerli vaxtla saat 07.00-da səs verməyə başladığı ölkədə prezident seçkilərinin ikinci turu üçün sandıqlar saat 19.00-da bağlanacaq.

Seçicilər ölkə üzrə 3480 məntəqədə səs verəcəklər. Dünən məhbuslar, xaricdə yaşayanlar, əlillər, xəstələr səs veriblər.

Qeyd edək ki, aprelin 24-də keçirilən prezident seçkilərinin birinci turunda Siljanovska Davkova 363 min 85, Pendarovski isə 180 min 499 səs toplayaraq ikinci tura keçib.

Konstitusiyaya görə, ikinci turun etibarlı sayılması üçün seçici fəallığı 40 faizdən çox olmalıdır.

Xatırladaq ki, bu, ölkə müstəqillik əldə etdikdən sonra 5-i erkən olmaqla 11-ci ümumi seçkidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu