Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir
Mayın 14-də keçirilən prezident seçkilərində namizədlərin mütləq səs çoxluğu əldə etməməsi səbəbindən Türkiyənin yeni prezidentini müəyyən etmək üçün seçkilərin ikinci turu keçirilir.
AFN.az xəbər verir ki, Türkiyədə prezident seçkilərinin ikinci turu üçün səsvermə saat 08:00-da başlayıb. Səsvermə saat 17:00-da başa çatacaq.
5 il fəaliyyət göstərəcək prezidentinin müəyyənləşəcəyi seçkilər üçün ölkə daxilində 973 vilayətdə 191 min 885 seçki qutusu və 1094 dairə seçki komissiyası qurulacaq. Seçkilərdə 60 milyondan çox seçici səs verəcək.
Seçkilərdə Xalq Alyansının prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan və Millət Alyansının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu mübarizə aparacaq.