Türkiyədə sesvermə yekunlaşdı - Qutular açılır


Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb.


AFN,az xəbər verir ki, ayın 14-də keçirilən prezident seçkilərində namizədlərin mütləq səs çoxluğu əldə edə bilməməsi səbəbindən Türkiyə yeni prezidentini müəyyən etmək üçün yenidən səsverməyə gedib.

Türkiyənin siyasi tarixində ilk dəfə yaşanan prezident seçkiləri üçün ikinci tur səsvermə prosesi yerli vaxtla 08:00-da başlayaraq saat 17.00-a qədər davam edib.

Türkiyədə 5 il fəaliyyət göstərəcək prezidentin müəyyənləşəcəyi seçkilər üçün ölkə daxilində 973 vilayətdə 191 min 885 sandıq və 1094 dairə seçki komissiyası qurulub. 60 milyon 721 min 745 seçici üçün yaradılmış 191 mindən çox seçki qutusunda səslər verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu