Slovakiyanın baş naziri güllələndi: vəziyyəti ağırdır - VİDEO
Slovakiyanın baş naziri Robert Fiko silahlı hücumda yaralanıb və xəstəxanaya yerləşdirilib.
Slovakiya Xəbər Agentliyinin (TARS) məlumatına görə, ölkənin Trençin bölgəsindəki Handlova qəsəbəsindəki Mədəniyyət Evində keçirilən Nazirlər Şurasının iclasından sonra binaya atəş açılıb.
Üç müddət Slovakiyanın baş naziri olmuş Robert Fico silahlı hücum nəticəsində yaralanıb və yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Slovakiyanın baş naziri Robert Fikonun sosial media platforması Facebook rəsmi hesabında edilən açıqlamada bu ifadələr yer alıb:
“R.Fikoya bu gün sui-qəsd edilib. O, bir neçə güllə yarası alıb və hazırda həyati təhlükəsi var. Təcili müdaxilə səbəbindən Bratislavaya (paytaxt) çatmaq çox uzun çəkəcəyi üçün o, hazırda helikopterlə Banska Bystrica'ya aparılır. Onun vəziyyəti yaxın bir neçə saat ərzində bəlli olacaq”.
Hücum edən şəxs hadisə yerində polis tərəfindən tutularaq saxlanılıb.