Şahzadə Salmandan idman nazirinə xəbərdarlıq - Futbol matçları namaz vaxtlarında oynanmasın


Dünyaca məşhur futbolçuların oynadığı Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salman idman nazirinə futbol matçlarının namaz vaxtlarına oynanmamasını tapşırıb.



Səudiyyə Ərəbistanında oynanılan bəzi matçların namaz vaxtlarına təsadüf etməsindən sonra vəliəhd şahzadə Məhəmməd bin Salman hərəkətə keçib.

Rafadın xəbərinə görə, Selman idman nazirinə futbol matçlarını təyin edərkən namaz vaxtlarını nəzərə almağı tapşırıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman rəsmiləri bu pozuntunun təkrarlanmaması üçün şiddətlə xəbərdar edərək, namaz vaxtlarında matç oynamağın yolverilməz olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu