Nümayəndələr Palatası İsrailə sürətli silah göndərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib


ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə silah tədarükünü sürətlə davam etdirməyi hədəfləyən və ABŞ prezidenti Co Baydenin prosesi dayandırmasının qarşısını alan qanun layihəsini təsdiqləyib.



CNN-in məlumatına görə, ABŞ Nümayəndələr Palatası Konqresin təsdiqlədiyi silahların İsrailə sürətlə çatdırılmasının və Baydenin göndərişinin dayandırılması, geri çəkilməsi və ya ləğv edilməsinin qarşısını alan qanun layihəsini 224 “hə” və 187 “xeyr” səsi ilə qəbul edib.

Qanun layihəsində saxlanılan silahlar İsrailə göndərilənə qədər Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasının ayırmaları azaldılır və bu günə qədər saxlanılan bütün silah göndərişlərinin 15 gün ərzində İsrailə çatdırılması nəzərdə tutulur.

Mövzu ilə bağlı Ağ Evdən verilən açıqlamada qanun layihəsinin Konqresdə qəbul ediləcəyi təqdirdə prezident Bayden tərəfindən veto ediləcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu