İran: ABŞ Qəzzada atəşkəslə bağlı ciddi deyil


İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani ABŞ-ın Qəzzada atəşkəslə bağlı ciddi olmadığını bildirib.


Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında danışan Kənani ölkəsinin xarici siyasət gündəmini və regional inkişafları dəyərləndirib.

İsrailin Qəzzada yüzlərlə mülki fələstinlinin həlak olduğu Nusayrat Qaçqınlar Düşərgəsinə hücumunu "qəddar və qeyri-insani cinayət" olaraq xarakterizə edən Kənani bildirib ki, bu əməliyyatda Amerika və İngiltərə qüvvələrinin rol oynadığına dair məlumatlar var.

Kənani ABŞ-ın Qəzzada hərtərəfli atəşkəs təklifi haqda danışarkən deyib: 2ABŞ bütün törətdiyi cinayətlərdə sionist rejimin yanında olub. Heç bir dəlil ABŞ-ın atəşkəslə bağlı ciddi olduğunu göstərmir. Əgər ABŞ ciddidirsə, ilk növbədə sionist rejimin arsenalını doldurmağı dayandırmalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu