İran bu gün 5 ABŞ vətəndaşı məhbusu azadlığa buraxacaq
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani 5 ABŞ vətəndaşı məhbusun bu gün azad ediləcəyini açıqlayıb.
Kənani paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında ABŞ və İran arasında planlaşdırılan məhbus mübadiləsi ilə bağlı açıqlamalar verib.
O, "ABŞ həbsxanalarında saxlanılan 5 İran vətəndaşı ABŞ vətəndaşı olan 5 məhbusun müqabilində bu gün sərbəst buraxılacaq" - deyə bildirib.
İran vətəndaşlarının azadlığa buraxılacağı təqdirdə hara gedəcəkləri ilə bağlı Kənani deyib ki, iki vətəndaş öz istəyi ilə İrana qayıdır, bir nəfər üçüncü ölkədəki ailəsinin yanına gedir, iki vətəndaş isə ABŞ-da qalmaq istəyir.
O, əlavə edib ki, İranın Cənubi Koreyada bloklanan aktivləri də bu gün köçürüləcək.