Putin 24 ildən sonra Şimali Koreyadadır


Rusiya prezidenti Vladimir Putin 24 ildən sonra Şimali Koreyaya rəsmi səfərə gedib. Şimali Koreya lideri Kim Çen In hava limanında Putini qarşılayıb. Səfər çərçivəsində iki ölkə arasında bəzi razılaşmalar da olacaq.



Şimali Koreyaya sonuncu dəfə 2000-ci ildə səfər edən Putin 24 ildən sonra yenidən Şimali Koreyaya gedib.

Paytaxt Pxenyana gedən Putini hava limanında Şimali Koreya lideri Kim Çen In qarşılayıb.

Danışıqlar çərçivəsində iki ölkə arasında Qərbin nəzarətində olmayan alternativ ticarət mexanizmlərinin qurulması, bu çərçivədə müqavilələrin imzalanması planlaşdırılır.

Putin Şimali Koreyaya səfərindən sonra Vyetnama gedəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu