Kim Çen In Putini Şimali Koreyaya dəvət edib
Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putini Şimali Koreyaya səfərə dəvət edib.
“Qəbuldan sonra yoldaş Kim Çen In nəzakətlə prezident Putini ona münasib olan istənilən vaxt KXDR-ə səfərə dəvət etdi. Prezident dəvəti məmnuniyyətlə qəbul etdi və Rusiya-Koreya dostluğunun tarixini və ənənələrini sarsılmaz şəkildə davam etdirməyə hazır olduğunu bir daha bildirdi”, - deyə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinin (KCNA) məlumatında bildirilir.
Agentliməlumatına görə, KXDR lideri həmçinin bildirib ki, onun Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlıq münasibətlərini yeni səviyyəyə qaldıran əlamətdar məqam olacaq.