Hindistanda həddindən artıq istilər səbəbindən 192 evsiz ölüb


Hindistanın paytaxtı Yeni Dehlidə həddindən artıq istilər səbəbindən 9 gündə 192 evsizin öldüyü açıqlanıb.



“India Today” qəzetinin məlumatına görə, “Centre for Holistic Development” qeyri-hökumət təşkilatı 11-19 iyun tarixləri arasında həddindən artıq istilər nəticəsində ölən evsizlər haqqında hesabat dərc edib.

Məlumata görə, paytaxt Yeni Dehlidə 9 gündə 192 evsiz insan həyatını itirib.

Bu, son 6 ildə ən çox evsizlərin həddindən artıq istilərdən öldüyü dövr olub.

Paytaxt Yeni Dehlidə 11-19 iyun tarixləri arasında 2023-cü ildə 75, 2022-ci ildə 150, 2021-ci ildə 58, 2020-ci ildə 124, 2019-cu ildə 143 evsiz həddindən artıq istilər səbəbindən həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu